Planetimizi qorumaq naminə keçirilən beynəlxalq fotomüsabiqəyə qoşulun!
IDEA dəstəyi və “Reza Visual Academy”nin təsisçisi, tanınmış beynəlxalq fotoqraf Reza Deqatinin təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçiriləcək.
Bütün ölkələrdən 18 yaşa qədər olan (1 yanvar 2006-cı il və ya sonrasında doğulmuş) uşaq və yeniyetmələrin iştirakı ilə keçiriləcək müsabiqədə "Mən təbiəti sevirəm, çirklənmədən qorxuram" mövzusu ələ alınacaq. Bu, onların ətraf mühitə olan sevgilərini göstərmək üçün cəlbedici fotoşəkillər çəkməyə təşviqidir.
Son müraciət tarixi 31 oktyabrdır.
Müsabiqəyə qoşulmaq və ətraflı məlumat üçün keçid:
childreneyes.earth


Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.