Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi topladı

 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. 

BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. 

Qəhrəman 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olub. Prezident təqaüdçüsüdür. Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilib. Hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir. 

Tələbəmizi təbrik edirik. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.