Araz Supermarketlər Şəbəkəsi "Qaynar xətt operatoru" vakansiyası üzrə işə qəbul elan edir.



Tələblər : 
- Ali təhsil;
- Minimum 1 il iş təcrübəsi;
- Microsoft office proqramı üzrə biliklər;
- Azərbaycan və Rus dili bilikləri;
- Səlis nitq qabiliyyəti, analiz etmə və punktuallıq;



Vəzifə öhdəlikləri :

- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması və həftəlik hesabatların təqdim edilməsi;

- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması;

- Sifarişin gedişatının və sonlandı

rılmasının nəzarətdə saxlanılması;

- Telefon zənglərinin şöbələrə və aidiyyəti şəxslərə yönləndirilməsi;

- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə işlənilməsi;

- Müştəri müraciətlərinin statistikasının aparılması;

- Şikayətlərin araşdırılaraq  aidiyyəti strukturlarda həll edilməsi;


Vakansiya ilə bağlı müraciət etmək istəyənlər aşağıdakı linkə keçid edərək və ya “Qaynar xətt operatoru” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.