SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin idarəetmə aparatının Maliyyə planlaması və təhlili Departamentinin Büdcə və planlama şöbəsinin rəis müavini axtarırıq:



Vəzifə funksiyaları:
🔹 Müəssisənin təsdiq edilmiş normativ sənədlərinə uyğun olaraq büdcənin hazırlanmasın və nəzarətin həyata keçirilməsi;
🔹 Effektiv büdcə siyasəti və prosedurlarının tərtib edilməsi və onların icrasının idarə edilməsi;
🔹 Büdcə inkişafı üzrə strateji, illik və aylıq planın hazırlanmasında iştirak edilməsi və müəyyən edilmiş bəndlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
🔹 Büdcə təkliflərinin və sorğularının nəzərdən keçirilməsi;
🔹 Büdcənin formalaşdırılması və hazırlanması prosesini təşkil edilməsi və əlaqələndirilməsi;
🔹 Büdcələrin uyğunluğunun yoxlanılması və aylıq kənarlaşmaların təhlilin aparılması;
🔹 Büdcə limitlərini aşmamaq məqsədi üçün müəssisənin maliyyə məlumatlarının təhlil edilməsi (xərcləri və gəlirləri); 
🔹 Dövrlər üzrə büdcənin icrası üzrə hesabatla

rın hazırlanması, iqtisadi fəaliyyətin faktiki nəticələrinin planlaşdırılmış nəticələrdən kənara çıxmasının səbəblərinin təhlil edilməsi;
🔹 Büdcə icraatı və müəssisə xərclərinə nəzarət edilməsi və xərclərin maliyyə təhlilinin aparılması;
🔹 ERP sisteminə məlumatların daxil edilməsinin təşkil edilməsi.

Namizədə dair tələblər:
🔹 Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyət üzrə təhsil);
🔹 Minimum 3 il maliyyə sahəsində təcrübə;
🔹 ACCA F5 və F7 sertifikatların olması üstünlükdür;
🔹 MS Office yüksək səviyyədə bilməli;
🔹 Azərbaycan dili mütləqdir, İngilis və Rus dili bilikləri üstünlükdür;
🔹 Mühasibat proqramları və ERP sistemləri üzrə iş təcrübəsinə malik olmalıdır;
🔹 Yenilikçi, fəal və etibarlı.

Vakansiyaya maraq göstərən namizədlərin CV-lərini “Büdcə və planlama şöbəsinin rəis müavini” başlığı ilə [email protected] elektron poçtuna 03.03.2025-ci il tarixinədək göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.