'Vizaeksperti.az' viza agentliyi yerli bazar və Rusiya bazarı üçün ‘Business development manager’ vakansiyasını elan edir.

 Vizaeksperti.az viza dəstəyi xidmətinin göstərilməsi və viza konsultasiyası xidmətləri məşğul olan şirkətdir.

 

Tələb olunan bacarıqlar və keyfiyyət:

 

Rus dili biliyi (məcburidir)

Kompyüter biliyi (MS Ofis proqramları);

Güclü liderlik və danışıqlar aparmaq bacarığı;

Strateji düşüncə və nəticəyönümlü yanaşma;

Bənzər sahə üzrə 5 il iş təcrübəsi

 

 

İşin təsviri:

 

 Rusiya və Azərbaycan bazarları üçün potensial satış kanallarının müəyyən olunması və satış prosesinə nəzarət;

 Rusiyada digital agentliklər (SEO, influencer marketing və digər rəqəmsal xidmətlər) üzrə bazar araşdırmalarının aparılması və potensial partnyorlarla danışıqların təşkili;

 Satış komandası ilə birgə B2B satış strategiyası və fəaliyyət planlarının hazırlanması və icrasına nəzarət;

 Potensial B2B müştərilərlə ilk əlaqənin qurulub, satış komandasına ötürmək;

 Aylıq satış KPI-lərinin təyin edilməsi və komandaya hədəflərə çatmaqda dəstək göstərilməsi;

 Cari müştərilərlə keyfiyyətə nəzarət və davamlı xidmət səviyyəsinin yoxlanılması;

 

 

 Üstünlükdür:

 

İngilis dili biliyinin olması

İş haqqında:

 Həftənin 5 iş günü

Əməkhaqqı 2500-3000 azn + bonus

 

 

Uyğun namizədlər öz resume-lərini 'BD Manager' başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.