AISCO komandasına “Marketinq üzrə kiçik mütəxəssis” axtarırıq.

 

Namizədə olan tələblər:

· Ali təhsilli;

· Marketinq və iqtisadiyyat sahəsində nəzəri biliklərə malik;

· Enerjili, marketinq sahəsində karyera qurmağa həvəsli;

· Yüksək səviyyədə kommunikasiya və ünsiyyət qabiliyyətli;

· “Komanda oyunçusu” olan;

· Məsuliyyətli və punktual;

· Azərbaycan və Rus dillərində yaxşı səviyyədə danışa bilən, nitqi aydın və səlis;

· MS Office proqramlarında orta səviyyədə işləməyi bacaran;

· Minimum 1 il iş təcrübəli;

· Bölgələrə ezamiyyətə hazır olan namizəd axtarılır.

 

Vəzifə öhdəlikləri:

· Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır;

· Sərgilər, yarmarkalar, təqdimat, açılış tədbirlərində iştirak edir;

· POP/POS materiallarının hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işin təşkilinə məsuldur;

· Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir;

· Marketinq anbarının işinin təşkilinə cavabdehdir;

· Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir.

 

İş şəraiti:

· Əmək haqqı: 600 AZN;

· İş qrafiki: Tam iş günü 5 gün;

· İş saatları: 08:30 – 17:30;

· İş yeri: Çinar Park Biznes Mərkəzi.

 

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına “Marketinq üzrə kiçik mütəxəssis” başlığı ilə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.