PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri IFRS və MIS bölməsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və öhdəliklər:
Şirkətin illik hesabatının hazırlanması (IFRS uyğun olaraq);
Maliyyə Uçotu Siyasətinin MUBS əsasında işlənib hazırlanması və tətbiq edilməsi;
Maliyyə hesabatlarının hazırlanması və avtomatlaşdırılmasının təmin edilməsi;
MIS hesabatlarının vaxtında hazırlanması; 
İllik büdcənin “Master Budget” hazırlanmasında, planlaşdırılmasında və büdcə proqresinin aparılmasında iştirak;
Şöbənin fəaliyyətinə aid digər funksiyaların həyata keçirilməsi.

Tələblər:
Maliyyə və İqtisadiyyat �

�zrə ali təhsil;
Sahə üzrə ən azı 2-5 illik iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, yaxşı səviyyədə Rus dili;
Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri (xüsusilə Excel);
Maliyyə, İqtisadiyyat üzrə biliyi;
İnvestisiya məhsulları üzrə biliyi;
Məsuliyyətlilik, operativlik və qərar vermə qabiliyyəti;
Yüksək analitik qabiliyyət;
Lisenziya / Sertifikat və imtahanlar: - ACCA /Dip IFRS/ CIMA;
Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər.

Maraqlanan şəxslər elektron məktub başlığında “IFRS və MIS bölməsinin baş mütəxəssisi” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.