"Avrora" MMC Satınalma üzrə kiçik mütəxəssis vakansiyasını elan edir!
 


Əsas vəzifə öhdəlikləri: 


· Təşkilatın struktur bölmələrinin sifarişi ilə əldə edilməsi zəruri hesab edilən mal, xidmətlə bağlı təchizatçı şirkətlərin müəyyənləşdirilməsi sahəsində bazar araşdırılmalarının aparılması;
· Daxil olunmuş sifariş sorğularının hesabatının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
· Bağlanılması nəzərdə tutulan müqavilələr (müqavilə üzrə şərtlər- razılaşma, ödəniş və s.) üzrə aparılan danışıqlarda və müqavilələrin tərtibatında iştirak edilməsi;
· Təchiz olunmuş malların qeydiyyatının aparılması, sifarişçi tələbinə uyğunluğuna nəzarət edilməsi və növbəti proqnozlaşdırılmış il üçün planın hazırlanması;
· Təchizatçılarla görüşlərin keçirilməsi və onlar haqqında lazımi məlumatların əldə edilməsi;
· Kotirovka sorğularının keçirilməsinin təşkil edilməsi;
· Ödənişlərlə bağlı analiz aparılması və ödənişə təqdim edilməsi;
· Satınalma sorğularının analizi və qiymət müqayisəsinin həyata keçirilməsi
 


Tələb olunan bilik bacarıqlar:


· MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər. 
· Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dili bilikləri üstünlükdür;
· Komanda ilə işləmə bacarığı;
· Diqqətcil və məsuliyyətli olmalı.
 


Tələb olunan təhsil,iş təcrübəsi:


· Təhsil: Ali;
· İş təcrübəsi: Sahə üzrə min. 1 il iş təcrübəsi 
 


İş şərtlərimiz:


·    İş qrafiki : Tam iş günü (5 gün);
·    İş yeri : Aşıq Molla Cümə 46 C.
·    İş saatı: 09:00-18:00
 


Biz nə təklif edirik:


· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə;
· Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə kiçik mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.