Vakansiya: Sənədləşmə və Kommunikasiyalar üzrə Koordinator
Bizə kim lazımdır:
­ - İşgüzar yazışmaların aparılmasında təcrübəsi olan və insanlarla mükəmməl ünsiyyət qura bilən;
­  - Elan verilmiş vakansiyaya oxşar vəzifədə ən azı iki il təcrübəyə malik olan şəxsə üstünlük verilir;
­  - Beynəlxalq İT şirkətində işləmək və daim inkişaf etmək arzusunda olan;
­  - Mehriban, diqqətli və öz işində peşəkar;
­ -  Yeni çağırışlardan qorxmayan və əvvəllər onlarla qarşılaşmasa belə, yeni alətlərdən istifadə etməyə hazır olan və verilən tapşırığı müvəfəqqiyyətlə yerinə yetirən.

Tələblər:
- Ali təhsil;
- Ədəbi və texniki Azərbaycan dilini mükəmməl bilmək;
- Rus və ya ingilis dillərini mükəmməl və səriştəli bilmək;
- İT sahəsində texniki terminologiyanın biliyi əlavə üstünlük hesab edilir;
- Daxili sənədləşmə və ofis işləri üzrə təcrübə;
- Tapşırıqları yüksək məsuliyyətlə və dəqiqliklə yerinə yetirmək.

Məsuliyyətlər:
- Daxili sənədləşmə, ofis işləri və rəsmi yazışmalarla işləmək;
- Rəhbərin tələbi ilə məlumatların axtarışı və strukturlaşdırılması;
- Po

çt göndərişlərinin hazırlanması və göndərilməsi, kuryer xidmətləri ilə qarşılıqlı əlaqə;
- Elanların dərci, tədbirlərin və görüşlərin təşkili;
- Sosial media hesabları və press-relizlər üçün məzmunun yaradılmasında köməklik;
- İclaslarda iştirak və protokolların aparılması;
- Şirkətdə baş verən hadisələrdən xəbərdar olmaq, vacib məlumatları qeyd etmək, suallara və tapşırıq statuslarına operativ cavab vermək;
- Rəhbərin müxtəlif tapşırıqlarını yerinə yetirmək və onun işlərinin idarə olunmasına dəstək olmaq.

İş haqqında:
- İş vaxtı: tam iş günü, həftədə 40 saat, bazar ertəsindən cümə gününə daxil, 8 saatlıq iş günü;
- Şirkət hesabına ixtisasartırma imkanları;
- Mobil rabitə, nahar, parkinq və idman xərclərinin ödənilməsi, ofisdə pulsuz içkilərin verilməsi;
- 3 ay sınaq müddəti;
- Mehriban və həmrəy komanda;
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarından asılıdır.

Namizədlərdən CV-lərini [email protected] təqdim etmələrini xahiş edirik. Əgər təsvir olunan bütün tələblərə və keyfiyyətlərə cavab verdiyinizə əminsinizsə, ərizənizi təqdim edin və müsahibəyə dəvət gözləyin. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.