Aqrar İnnovasiya və Təchizat Şirkətimiz "Direktor Assistenti" vakansiyasını elan edir:


Namizədə olan tələblər:                           
 
·           Ali təhsil;
·           Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı olmalı;
·           Müvafiq sahədə təcrübə arzuolunandır;
·           Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.
 
Vəzifə öhdəlikləri:
 
·           Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
·           Qonaqların qarşılanması;
·           Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
·           Şirkətin direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbu

llar və s.);
·           Şirkətin direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
·           Hesabatların hazırlanması;
·           İclasların təşkili və protokolların tərtib edilməsi;
·           Cəmiyyət direktorunun işlə əlaqədar digər tapşırıqlarının yerinə yetirilməsi.
 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: 731-842 AZN;
·           İş qrafiki: Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30;
·           Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor Assistenti” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.