Erkən inkişaf üzrə müəllim vakansiyası

 

Müəssisə: Uşaq bağçası
Vəzifə: Erkən inkişaf üzrə müəllim 
Namizəd üçün tələblər:
Təhsil: Aidiyyati sahə üzrə ali və ya orta ixtisas təhsili
Təcrübə: 1-2 il aidiyyati sahədə təcrübə 
Yaş: 25-35
Rus dilində səlis və qrammatik cəhətdən doğru danışıq və yazı bacarıqları.
Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
Aktivlik, ünsiyyətcillik və məsuliyyətlilik, yaradıcılıq

İş haqqında məlumat:
Bağça uşaqlarının təlim - tərbiyəsi və tədrisi ilə məşğul olmaq;
Gündəlik dərs planı hazırlamaq və tətbiq etmək;
Uşaqlara fərdi yanaşma, potensiallarını üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq;
Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərinə nəzarət etmək və yaxından iştirak etmək:Valideynlərə uşaqların inkişafı ilə bağlı məsləhətlər vermək və izahlı pedaqoji iş aparmaq;
Uşaqlarla mehriban, pozitiv və düzgün ünsiyyət qurulması; 
Qrupun gün rejiminə uyğun olaraq işin düzgün təşkil edilməsi;
Uşaqlarla müxtəlif əyləncəli oyunların təşkili;
Qrupun və bağçanın fəaliyyətinə aid olan digər işlərin görülməsi;
Vəzifə təlimatında qeyd edilən, eləcə də zəruri olan digər əlavə öhdəlikləri yerinə yetirmək.

İş qrafiki: Bağçanın iş qrafiki əsasında
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İş yeri: Qara Qarayev

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Erkən inkişaf üzrə müəllim” adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.