"Veysəloğlu" MMC Təchizat zənciri və logistika departamentində Təchizat üzrə kiçik mütəxəssis vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
 
Vəzifə funksiyaları:
- Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
- Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması;
- Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət etmək;
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.

Vəzifə tələbləri:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- MS Office, xüsusilə Excel proqramını əla bilmək;
- Azərbaycan, rus və ingilis dilləri

ni səlis bilmək;
- Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
- Problemləri operativ həll etmək;
- Yüksək ünsiyyət bacarığı;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
 
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Bu vakansiyaya müraciət etmək istəyən namizədlər 24 fevral 2023-cü il tarixinədək CV-ni mövzu bölməsində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.