Əziz gənc!

Sən də lazımi bilik və bacarıqlara yiyələnib öz sahənin peşəkarı olmaq istəyirsənsə, o zaman bu layihə tam sənin üçündür!

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın tərəfdaşlığı və "Azərbaycan Gənclərinin nailiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin İşə Hazırlıq Proqramı" layihəsinə qeydiyyat başlamışdır.

Layihəyə III-IV kurs bakalavr və magistr tələbələri müraciət edə bilərlər.

Bu layihədə siz,

Karyera planlaşdırılması;

Əsas həyat bacarıqları;

Peşəkar iş fəaliyyətinə hazırlıq;

İş dünyası ilə tanışlıq

mövzularında təlimlər keçəcək və uğurlu iş adamları ilə görüşlərdə iştirak edəcəksiz.

*Qeyd:* Təlim proqramı 5 sessiyadan ibarətdir. Təlimlərin təşkili həftədə 1 dəfə həftəsonları nəzərdə tutulmuşdur.

Hər bir təlimdə iştirak mütləqdir!

 Təlimlər Bakı şəhərində offline qaydada keçiriləcək

 Son qeydiyyat tarixi: 28 fevral 2023

Qeydiyyat linki:

https://forms.gle/72JWibgZpULDyCmY7

Daha ətraflı məlumat almaq üçün aşağıda yazılan nömrə ilə əlaqə saxlaya bilərsiniz.

(+994 77) 535 20 10

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.