“ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramı
Bankçılıq sahəsində ilk addımlarını atmaq və dəyərli təcrübə qazanmaq istəyirsən?
O zaman “ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramı məhz sənin üçündür!
Müraciət üçün şərtlər:
2023 və 2024-cü illərin bakalavr məzunları, hazırkı magistr və sonuncu kurs tələbələri;
Azərbaycan dilini səlis bilmək (rus dili üstünlükdür);
Yüksək kommunikasiya bacarığına və komanda işində təcrübəyə malik olanlar.
Əgər karyeranı bizimlə qurmaq istəyirsənsə, sən də öz şansını dəyərləndir və careers.abb-bank.az saytında qeydiyyatdan keç!
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.