Ulduz şokolad fabriki SMM mütəxəssisi vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

          *  Günlük sosial şəbəkələri izləmək, gündəlik məlumatlar hazırlamaq və yeniləmək; media və sosial şəbəkələrdə şirkəti aktiv təmsil etmək.     
           *  Şirkətin tanınmasını artıracaq təşəbbüslər irəli sürmək və həyata keçirmək
           *  Kontent və postların hazırlanması (foto, video, mətn) və sosial medyada paylaşılmasını təmin etmək;                                          
           *   KİV-dən və sosial şəbəkələrdən daxil olan müraciətləri cavablandırmaq                                                                                                                     
           *  KİV və sosial şəbəkələrin monitorinqini həyata keçirmək                                                       i          
           *   Sosial

şəbəkələrdə məlumatların yerləşdirilməsi və yenilənməsinə nəzarət etmək                                                           
           *   İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək    

Tələblər:

        *  Ali təhsil;
           *  Müvafiq sahədə min 1 il iş təcrübəsi;
           *  Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi lazımdır, rus və ingilis dilləri biliyi əlavə üstünlükdür;
           *  Araşdırma və təhliletmə bacarığı, analitik düşüncə qabiliyyəti;
           *  Microsoft office proqramları üzrə bilikləri;
           *  Ünsiyyətcil, pozitiv, punktual, kollektivdə işləmək bacarığı. 

İş şəraiti:

         *  İş yeri: Bakı şəhəri
           *  İş rejimi: 5 gün, 09:00 – 18:00
           *  Yemək və servis təminatı
           *  Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 Fevral 2023-cü il tarixinədək emailin mövzu hissəsində " SMM mütəxəssisi " qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.