AVRORA MMC “Qeydiyyatçı" vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·       Daxil olan zənglərin cavablandırılması və aidiyyatı struktur üzrə yönləndirilməsi;
·       Ofisə gələn qonaqların, müştərilərin, namizədlərin qarşılanması və aidiyyatı struktur üzrə yönləndirilməsi;
·       Daxil olan məktubların qeydiyyatlarının aparılması və aidiyyatı struktur üzrə yönləndirilməsi;
·       Bütün əməliyyatların qeydiyyatının aparılması;
·       Qonaqların, müştərilərin və namizədlərin gəlişi barədə onları qəbul edəcək şəxslərin məlumatlandırılması.

Tələb olunan bilik və bacarıqlar :

·    Peşəkar və xoş ünsiyyət, güclü kommunikasiya bacarıqları;
·    İşgüzar və etik davranış qaydalarına riayət etmə bacarıqları;
·    Vaxtın düzgün idarə edilməsi bacarığı;
·    Effektiv ünsiyyət bacarığı;
·    Dəqiqlik;
·    Məsuliyyətlili

k.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·       Yaş həddi: 22 -36;
·       Cinsi: Xanım namizədlərə üstünlük verilir;
·       Dil bilikləri: Azərbaycan və rus dilləri səlis (İngilis dili üzrə biliklər üstünlük hesab olunur).

İş şərtlərimiz :

·     İş qrafiki: Tam iş günü (5 gün);
·     İş saatları: 08:00-17:00
·     İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik :

·    Əmək bazarında rəqabətli əməkhaqqı;
·    İşçilərə qayğı proqramı;
·    Peşəkar komanda mühiti;
·    Nahar;
·    Təlim və inkişaf imkanları.

Qeyd: Rus dilində danışıq səviyyəsi vacibdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qeydiyyatçı” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.