Azərbaycan Texniki universiteti -AzTU “Əcnəbi tələbələrin qəbulu üzrə qrupun rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir.
 
Tələblər
-      Ali təhsil (MBA təhsili olması üstünlükdür);
-      Xaricdə təhsil təcrübəsi;
-      Minimum 3 il iş təcrübəsi (Təhsil sahəsi üzrə olması arzu olunandır);
-      Beynəlxalq layihələr və xaricilərlə iş təcrübəsi;
-      Dil bilikləri: İngilis, rus və türk dillərində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcəkdir);
-      MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-      Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti;
-      Azərbaycan Respublikasının Elm və Təhsil haqqında Qanunları;
 
Vəzifə öhdəlikləri:
-      Əcnəbi tələbələrin Universitetdə təhsil almaları üçün ölkə daxilində və xaricdə təşviqat və təbliğat işlərinin aparılması, bununla bağlı müvafiq qurum və təşkilatlarla əlaqələrin

qurulması;
-      Əcnəbi tələbə cəlbi ilə bağlı universitetin beynəlxalq təhsil və elm məkanında təmsil edilməsi ilə əlaqəli təkliflərin verilməsi, beynəlxalq sərgilər, forumlar, tədbirlər haqqında məlumatların toplanması, bu kimi tədbirlərdə universitetin təmsil olunması;
-      Beynəlxalq təhsil məkanının tələbləri barədə tədqiqat və analizlərin aparılması, beynəlxalq təcrübədə tətbiq olunan mexanizmlərin universitetə əcnəbi tələbə cəlbi zamanı istifadə olunması;
-      Əcnəbi tələbələrin qəbul və qeydiyyatı üzrə lazımi sənədləşmə prosedurlarının həyata keçirilməsinə nəzarət;
-      Azərbaycanda yaşadıqları müddətdə əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiyasının təmin olunması üçün müxtəlif tədbir və proqramların təşkili, universitetin təşkil etdiyi mədəniyyət tədbirlərinə onların cəlb edilməsi.
 
İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-17:30
Əmək haqqı: 1300 AZN (gross)
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Əcnəbi tələbələrin qəbulu üzrə qrupun rəhbəri” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.