“145 Group” Procurement (Təchizat) üzrə 3 aylıq maaşlı təcrübə proqramı elan edir. 



Tələblər:
•            4-cü kurs tələbələri, məzunlar və magistrlar
•            Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat və bənzəri ixtisaslarına üstünlük verilir )
•            İş təcrübəsi tələb olunmur
•            MS Office (xüsusən excel) bilikləri
•            Orta səviyyədə ingilis dili bilikləri,rus dili arzuolunandır
•            Analitik düşünmə qabiliyyəti
•            Detallara diqqət

Vəzifə öhdəlikləri: 
•            Şirkətin hesabat sistemləri, məlumat bazası, məhsul və xidmətlərinin satışı ilə işləmək
•            Məhsul və xidmətlərin satışı üçün kommersiya təkliflərinin hazırlanması
•            Bazar analizi, rəqabət mühitinin monitorinqi
•            Müqavilələr üzrə ödəniş və sənədləşməyə nəzarət
•            Müştəri sifarişlərinin qəbulu və işlənməsi, lazım olan sənədlərin hazı

rlanması
•            Məlumatların axtarışı, analizi, işlənməsi və sistemləşdirilməsi
•            Əsas mühasibatlıq sənədlərinin hazırlanması
•            Tender sənədlərinin hazırlanması
•            İşgüzar etiket, işgüzar yazışma və danışıqlar qaydaları
•            Şirkətin məhsul və xidmətlərinə dair müştəri ehtiyaclarının müəyyən edilməsi
•            Məhsul və xidmətlərin satışına dair kommersiya təkliflərinin qeydiyyatının aparılması
•            Sifarişlərin hazırlanması və formalaşdırılması (yerli bazar, idxal)


•            İş saatları: 09:00-dan 18:00-dək
•            İstirahət günləri: Şənbə və Bazar
•            Nahar şirkət tərəfindən verilir
•            Ünvan: ISR PLAZA,16th Floor

Qeyd: Özünü doğruldan namizədlərə işlə təmin olunma şansı veriləcək.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Procurement (Təchizat) üzrə təcrübəçi” qeyd edərək göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.