Agentliyin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş klubu” layihəsi davam edir

Sayca 16-cı görüş üçün qeydiyyat başlayıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş klubu” layihəsi davam edir. Sayca 16-cı görüş üçün qeydiyyat artıq başlayıb.

 

"İş klubu" layihəsinə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilər. Layihə 2 həftə müddətində 7 dəfə olmaqla həyata keçiriləcək.


İştirak üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

 

Son müraciət tarixi: 18 Yanvar 2024-cü il

Layihənin başlama tarixi: 24 Yanvar 2024-cü il

 

Qeydiyyat linki: https://forms.gle/yNnX3cDsnqvDeLYn6

 

Əgər sən də işsizsənsə və iş axtarışı ilə bağlı müxtəlif bacarıq və təcrübələr öyrənmək istəyirsənsə bu layihə məhz sənin üçündür!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.