İR əməliyyatları üzrə mütəxəssis vakansiyası
 


Vəzifə öhdəliyi: 


- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
- Aylıq əmək haqqı tabellərinin hazırlanması, məzuniyyətlərin, xəstəlik vərəqələrinin, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
- Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
- Əmək haqqı kartlarının sifariş edilməsi;
- İşçilərin ilkin və dövrü tibbi müayinələrinin izlənməsi.
 


Namizədə aid tələblər:


- Ali təhsil 
- İR əməliyyatları üzrə minimum 1 il iş təcrübəsi (qeyd olunan vəzifə üzrə restoran sahəsində işləməsi əlavə üstünlükdür)
- Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi 
- Sahə üzrə sertifikatların olması əlavə üstünlükdür. 
 


İş qrafiki:


5 günlük iş qrafiki;
İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə 44
 


Üstünlüklər:


Nahar ödənişi ilə təmin edilmə
Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “İR əməliyyatları üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.