İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Suraxanı rayon Gənclər evində əmək yarmarkası keçiriləcək.
“Al Market” MMC-də müdir müavini və satıcı-kassir vakansiyaları üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.
Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentl
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.
Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə 314
27 iyul, 2022
10:00 - 13:00
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.