Vəzifə:   Satış üzrə mütəxəssis

Namizədə dair gözləntilər və xüsusi tələblər:
 Ali təhsil;
Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;     
Dil bilikləri- azərbaycan dili-mükəmməl; ingilis və rus dili –arzuolunandır;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
Sərbəst araşdırma qabiliyyəti, ünsiyyət qurma və komandada işləmək bacarığı;
Dəqiqlik və məsuliyyətlilik;
Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma bacarığı;
 Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:
Müştəri bazasının formalaşdırılması və fərdi müştərilərlə əlaqələrin qurulması;
 Fərdi satışların həcminin artırılmasını təmin etmək; 
 Fərdi sığorta bazarının izlənilməsi və təhlilinin aparılması

;
 Könüllü məhsullar üzrə aktiv görüşlərin keçirilməsi;
 Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
 Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
 Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglərin edilməsi;
 Sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif  olunması;
 İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
 
 
   Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını "Satış üzrə mütəxəssis" qeyd edərək,  [email protected]  elektron ünvanına göndərilməsi xahiş olunur.   

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.