Ofis meneceri

Müraciət et

Matrix Group konsaltinq şirkəti “Ofis meneceri” vakansiyası elan edir.

        Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Bu sahə üzrə 3 ildən artıq təcrübə;
  • Azərbaycan və rus dilləri əla; ingilis dili arzuolunandır;
  • Proqram bilikləri: MS office proqramları yüksək səviyyədə;
  • Təşkilati, analitik və idarəetmə bacarıqları;
  • Detallara diqqət etmə bacarığı, məsuliyyətli, ünsiyyətcil, səlis nitq qabiliyyəti, komandada işləmə bacarığı, məqsədyönlü və inkişafa meyilli.

        Biz Sizə nə təklif edirik:

  • İş qrafiki: I-V günlər, saat 09:00-18:00;
  • Rəqabətli əmək haqqı;
  • Mehriban kollektiv;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı;
  • Şirkətdaxili imtiyazlardan istifadə imkanları.

         Vəzifə öhdəlikləri:

  • İclasların və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların iclasın və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
  • İclaslarda iştirak etmək, iclas nəticələri barəsində müvafiq protokol, akt və s. tərtib edib, icra və nəzarətini təmin etmək.
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmalar aparmaq;
  • İdarə heyətinin iş qrafikinə uyğun iş planının (gündəliyinin) hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
  • İdarə heyətinin texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)
  • İdarə heyətinə təqdim olunmuş arayış və məruzələri təhlil edib, onlar barədə səlahiyyətli rəylər vermək;
  • Verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.

         Müraciət etmək üçün mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə [email protected] elektron ünvanına CV göndərə bilərsiz. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.