Coders Azerbaijan təhsil mərkəzində “Layihə Meneceri” üzrə vakansiya elan olunur!



Namizədə uyğun tələblər: 

Ali təhsil;
Korporativ sahədə minimum 1 il iş təcrübəsi;
İş proseslərini izləmək və problem həll etmək bacarığı;
İngilis dili səviyyəsi B1 və daha yüksək olmağı.


İşin təsviri:

Müxtəlif layihələr üzrə ümumi nəzarəti təmin edərək;
Komandanın iş effektivliyini artırmaq üçün prosesləri koordinasiya etmək və dəstək göstərmək;
Həftəlik komanda görüşlərində iştirak etmək;
Rəhbırlik tərəfindən təyin olunan işlərin vaxt cədvəlini (deadline-larını) qəbul etmək və onların yerinə yetir

ilməsinə nəzarət etmək;
Komanda üzvlərinin işlərini izləmək, vaxtında tamamlanmadığı hallarda səbəbləri araşdırmaq və həll yolları təklif etmək;
Effektiv kommunikasiya qurmaq və komanda işinə töhfə vermək.

İş şərtləri:

İş qrafiki: Həftə içi 5 gün, saat 10:00-dan 19:00-a qədər;
Əmək haqqı: Razılaşma yolu ilə.

Əgər bu vakansiya sizin üçün maraqlıdırsa və tələb olunan kriteriyalara uyğun gəlirsinizsə, CV-nizi [email protected] elektron poçt ünvanına “Project Manager” başlığında göndərə bilərsiniz.

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 6 Dekabr 2024

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.