Ölkədə “Gələcəyin Zəkası” sən ol!

3-cü kurs tələbələrinin nəzərinə!

“SmartNation” platformasının və AzTU-nun birgə ancaq seçilmiş gənclər üçün təşkil etdiyi “Gələcəyin Zəkası” pilot layihəsinə qeydiyyatı açıq elan edirik!

“Gələcəyin Zəkası” pilot layihəsi AzTU-da xüsusi seçilmiş istiqamətlər üzrə təhsil alan 3-cü kurs tələbərinin şəxsi, peşəkar, karyera inkişafının təşkili üçün nəzərdə tutulmuş inkluziv model inkişaf proqramıdır. Proqram müddəti 4 ayı əhatə edir. Layihə çərçivəsində yalnız 50 tələbənin iştirakı nəzərdə tutulub.

Xüsusi seçilmiş istiqamətlər bunlardır:
- Müdafiə sənayesi texnologiyaları,
- Bərpa olunan enerji və energetika,
- Nəqliyyat və logistika,
- İnfromasiya və telekommunikasiya texnologiyaları.

“Gələcəyin Zəkası” layihəsinin əsas məqsədi:
- Ölkə əhəmiyyətli istiqamətlər üzrə tələbələri gələcəyin peşələri üçün junior mütəxəssis kimi hazırlamaq;
- Potensiallı tələbə kütləsinə lazımi həyati, texniki və yumşaq bacarıqları ötürmək;
- Tələbələrin karyera həyatlarını “ağıllı” və səmərəli planlamasında yönləndirmək;
- Real sənaye təcrübəsi qazanmalarını təşkil etmək;
- Tələbələrin aktiv iştirakını təmin etmək məqsədilə onlara özünü kəşf texnikaları, təlimlər, dərslər, komanda işləri, təcrübə proqramlarına yönləndirmə;
- Real sahədən olan mentor dəstəyi.

Kimlər qoşula bilər?
- 3-cü kurs tələbələri
- Nəqliyyat və logistika, bərpa olunan enerji, müdafiə sənayesi texnologiyaları, informasiya və telekommunikasiya texnologiyaları sahələri üzrə ixtisaslaşmaq istəyən tələbələr;
- Real sənaye təcrübəsi qazanmaq istəyən gənclər;
- Proqramda ixtisaslaşmağa motivasiyası yüksək və həvəsli gənclər.

Layihə iştirakçıları nə əldə edəcəklər?
1.Proqram  iştirakçılarında fərqindəlik hissinin formalaşdırılması;
2.Layihədə iştirak edən tələbələr real həyati və gələcəyin lazımi bacarıqlarını mənimsəyəcəklər;
3.Tələbələr təkcə nəzəri deyil, praktiki təcrübə ilə də ayrılacaqlar;
4.Gənclər əmək bazarına hazırlıqlı kadr kimi yetişdiriləcəklər;
5.Tələbələr özlərinin güclü və zəif tərəflərini kəşf edərək özünütanıma yolunda addımlayacaqlar.
İştirak etmək istəyən tələbələr qeydiyyatdan kçməlidirlər. Seçilmiş iştirakçılarla əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 20 Mart 2024

Qeydiyyat linki: https://lnkd.in/eXxu9XVD

Proqramla bağlı əlavə suallarınız olarsa [email protected] e-poçt ünvanına yaza billərsiniz.

Proqrama qoşul!
Gələcəyin zəkalarından biri ol!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.