Hostess vakansiyası 

Şirkət haqqında:

“EİGHT MARKETİN AND MANAGEMENT COMPANY” MMC restoranlar və digər biznes obyektlərini özündə birləşdirən şirkətdir.Hazırda tərkibində 3 restoran var.Gələcək perspektivdə yeni restoranların açılması da nəzərdə tutulur.Şirkət Ağ Şəhərdə yerləşir

 

Namizədə dair əsas tələblər:

  • Yaş: 20-dən yuxarı;
  • Təhsil: Ali və ya natamam ali
  • Cinsi: Qadın; 
  • Xoş xarici görkəm;
  • Azərbaycan dili (sərbəst), rus dili (sərbəst) və ingilis dili (orta) səviyyədə bilmək 
  • Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Əsas vəzifə və öhdəliklər:

  • Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
  • Şirkətə daxil olan müştəriləri və qonaqları qarşılamaq;
  • Gələnlərin qeydiyyatını aparmaq;
  • Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq 
  • Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
  • Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə  həmin informasiyanın çatdırılması;
  • Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq;
  • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;

İş şəraiti:

  • Karyera yüksəlişi imkanları.
  • Əmək haqqı: 600 AZN

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı (Hostes)” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

 

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.