“PAŞA Sığorta” ASC şirkəti   Satış üzrə assistent (Xaçmaz) vakansiyası elan edir.

* Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
* Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
* Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
* Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
* Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
* Vaxtı bitməkdə olan sı

ğorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
* Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi

BİLİKLƏR
* Ali təhsil -  Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
* Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək

TƏCRÜBƏ
* Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir

BACARIQLAR
* Ünsiyyət qurmaq bacarığı
* Dəqiqlik
* Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
* Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
* Komanda ilə işləmək bacarığı
* Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı

Son müraciət tarixi: 30 noyabr 2023
 
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.