"Vergi və gömrük işləri üzrə şöbə rəhbəri" vakansiyasını diqqətinizə çatdırıram:

 Vəzifə öhdəlikləri
-        Elektron qaimə-fakturaların göndərilməsinin təmin olunması;
-        Online kargüzarlıq reyesterinin izlənilməsi;
-        Vergi bəyənnamələrinin hazırlanması və göndərilməsinin təmin olunması (ƏDV, ÖMV, Əmlak, Mənfəət vergiləri üzrə);
-        Vahid Bəyənnamənin hazırlanması və göndərilməsi;
-        Kreditor/Debitor hesabatlarının hazırlanmasına və təhlilinə nəzarət olunması;
-        Aylıq şəkildə mənfəət/zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının hazırlanması;
-        Tədarükçülərlə müvafiq danışıqlar aparılaraq problemlərin həlli;
 
 Namizədə dair tələblər
-       Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü);
-       İş təcrübəsi: Müvafiq sahəd

ə ən az 2-4 il;
-       Kompüter bilikləri: MS Office (Excel əla səviyyədə);
-       Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
Stressə davamlılıq
Təşəbbüskarlıq
Analtik düşüncə
Nəticəyönümlülük
Dəqiqlik
 
Əlavə təminatlar:
-       Nahar;
-       Korporativ nömrə;
-       Servis xidməti;
 
İş haqqında:
-        Rəqabətə davamlı əmək haqqı;
- İş saatları 09:00 – 18:00;
-        Nahar fasiləsi: 13:00-14:00;
-        Şənbə və Bazar istirahət günü.

 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi və gömrük işləri üzrə şöbə rəhbəri" yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
 
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.