TƏBİB Tibbi sığorta departamentinin Tibbi tariflər şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

 

Şəhər

Bakı

Görəcəyiniz işlər:

  • Xidmətlər Zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsində iştirak etmək
  • Sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsində iştirak etmək
  • Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
  • Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə və sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini dövri olaraq reviziya etmək və optimallaşdırmaq üçün tibb müəssisələrinə sorğu göndərmək
  • Tariflərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırma etmək
  • Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin sayının və çeşidinin artırılması, yaxud ödənişli tibbi xidmətlərin siyahıdan çıxarılması haqqında təkliflərin hazırlanmasında iştirak etmək
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuları araşdırmaq və cavablandırmaq
  • Qanunvericiliyə uyğun olaraq şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və cavablandırmaq
  • Aylıq, rüblük, illik hesabatların hazırlanmasında iştirak etmək
  • Şöbənin fəaliyyəti ilə bağlı məsələlər üzrə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Tibbi və ya iqtisadi sahələr üzrə)
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və ingilis dili – yaxşı
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı
  • Hesabat hazırlama bacarığı
  • Aktuari şəhadətnaməsinin olması arzuolunandır
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Analitik düşünmə qabiliyyəti

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV [email protected] ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Tibbi tariflər şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.c

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.