Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Çağrı mərkəzi üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir :

Vəzifə Öhdəlikləri:

- Çağrı mərkəzinin işini idarə etmək;
- Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını təmin etmək;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Çağrı Mərkəzinin şəxsi heyətinin təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi üçün müvafiq fəaliyyəti həyata keçirmək;
- Şikayətlərin idarə olunması prosesini qurmaq və inkişaf etdirmək;
- Dəyərləndirmə və monitorinq prosesini aparmaq və təkmilləşdirmək;
- Aylıq, rüblük

və illik, o cümlədən müqayisəli hesabatları hazırlamaq.

Namizədə dair tələblər:

- Çağrı mərkəzində azı 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və Rus dili (ingilis dili biliyi arzu olunandır);
- MS Office proqramlarında səlis işləmə bacarığı;
- Aydın və pozitiv ünsiyyət bacarığı;
- İdarəetmə bacarığının olması.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 09:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, “Çağrı mərkəzi üzrə mütəxəssis” başlığı
ilə [email protected] ünvanına CV göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.