“Bank Respublika” ASC Bakı – Abşeron rayonu üzrə Korporativ satış təmsilçisi vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
  • Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
  • Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində iş təcrübəsi mütləqdir;
  • Bank sektorunda əməliyyat və kredit sahəsi üzrə təcrübənin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
  • Hesabatlılığın aparılması bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Korporativ satış təmsilçisiqeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.