“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində SQL Developer vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
  • Bankdaxili proseslər və hesabatların maksimum avtomatlaşdırılması;
  • Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
  • Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
  • Məlumat bazasının yaradılması və idarə edilməsi üzrə müasir texnologiyalarla işin təşkili.

Namizədə qarşı tələblər:

 

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • SQL, DWH, ETL, Python, Airflow, Oracle, PostgreSQL bilikləri;
  • Analitik düşünmə bacarığı;
  • Agile metodologiyası barədə məlumatlı olmaq;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Sertifikatları olan namizədlərə üstünlük verilir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə SQL Developer qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.