Analitik təhlil şöbəsi – aparıcı məsləhətçi vakansiyası



Məsuliyyət

1. Təhsil müəssisələrinin fəaliyyətinin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi və proseslərə nəzarət edilməsi istiqamətində işlərin icra edilməsi;

2. Təhsil müəssisələrinin fəaliyyətinə dair məlumatların toplanılmasını və onların təhlili üçün yararlı hala gətirilməsinin həyata keçirilməsi;

3. Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında şöbənin fəaliyyət istiqamətinə uyğun, yerli kontekst nəzərə alınaraq təkliflərin verilməsi;

4. Akkreditasiya prosesinin yekununda təhsil müəssisələrinin fəaliyyət və göstəricilərinə dair tematik hesabatların hazırlanması və müvafiq təkliflərin verilməsi;

5. Ali təhsil müəssisələrinin (ATM) akkreditasiya prosesinin yekununda fəaliyyətin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi prosesində iştirak;

6. Bir sıra strateji sənədlərin və fəaliyyət planlarının hazırlanması, eləcə də icrasına nəzarət edilməsi;

Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliy

yətlərin həyata keçirilməsi.


Tələblər:

1. Tam ali təhsil (İT, kompüter elmləri və oxşar sahələr üzrə magistratura məzunu olmaq);

2. Minimum 3 il iş təcrübəsi (ali təhsil sahəsində ən az 2 il olmaqla);

3. Mükəmməl MS Office proqram biliyi, yüksək səviyyədə MS Excel bilikləri (beynəlxalq sertifikatların olması arzuolunandır);

4. “Python”, “R” proqramlaşdırma dilləri və ya Stata statistik alətindən ən az biri üzrə bilik və təcrübə;

5. Power Bİ və ya Tableau proqramlarından biri üzrə biliklər;

6. Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;

7. Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;

8. Texniki ingilis dili biliyi;

9. Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;

10. Monitorinq və qiymətləndirmə bacarığı.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi 9.12.2024

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə vəzifənin adını qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.