‘’Kristal Abşeron’’ şirkətində Kopirayter vakansiyası üzrə namizədlər axtarışındayıq.

Namizədə dair tələblər:

• Reklam agentliyində kopirayter kimi ən azı 1 illik təcrübə;
• Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
• Rus və İngilis dilləri arzuolunandır;
• Yaradıcı düşüncə;
• Komanda ilə işləmə bacarığı;
• Yeni trendləri və rəqiblərin fəaliyyətini izləmək bacarığı;
• Yüksək dərəcə icraçıcılıq bacarığı, məsuliyyət, düzgünlük, operativlik, punktuallıq, dəqiqlik kimi şəxsi keyfiyyətlər;
• Deadline ilə işləmə bacarığı.
 
Vəzifə öhdəlikləri:
 
• Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
• Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;
• Sosial Media üçün strategiyaları

n hazırlanması, kontent yaradılması (konsepsiya, mətn, brief) və idarə edilməsi;
• Azərbaycan və rus dillərində müxtəlif məzmunlu, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq və redaktə etmək;
• Kampaniyalar üçün sloqanlar və adlandırmalar düşünmək;
• Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
• Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
• Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları linkedin mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə "Kopirayter" yazmaqla [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.