ADNSU tələbələrinə yeni fürsət!
Əziz tələbələr, yeni tədris ilinə daha bir möhtəşəm proqramla başlayırıq!
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rəqəmsallaşdırma Departamentinin Startup və TTO şöbəsi birlikdə “IDEALISE” inkubasiya proqramına start verir.
Bu proqram sizə öz ideyalarınızı inkişaf etdirmək, komandada işləmək və innovativ layihələrinizi gerçəkləşdirmək imkanı qazandıracaq. Yekunda isə uğurlu komandalar layihələrini Pitch Day və Demo Day tədbirlərində təqdim edəcəklər.
Ən yaxşı 5 komanda seçiləcək və hər biri 5000 AZN mükafatla təltif olunacaq!
Qeydiyyat linki:
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.