AFB Bank-da “KOB kreditləri” üzrə Yeni Karyera İmkanı!
AFB Bank komandası genişlənir! Hal-hazırda KOB kreditləri istiqaməti üzrə Aparıcı mütəxəssis / Baş mütəxəssis / Bölmə rəhbəri vəzifələri üzrə vakansiya mövcuddur.
Əgər siz:
KOB kreditləri sahəsində müvafiq təcrübəyə maliksinizsə
Kredit təhlili, maliyyə hesabatlarının qiymətləndirilməsi və kredit rəsmiləşdirilməsi bacarıqlarınız varsa
Müştəriyönümlü, məsuliyyətli və analitik düşüncəlisinizsə
Bank sektorunda karyeranızı inkişaf etdirmək istəyirsinizsə
sizi komandamıza qoşulmağa dəvət edirik!
Müraciət üçün: CV-nizi Subject hissəsində
“KOB kreditləri üzrə Aparıcı mütəxəssis / Baş mütəxəssis / Bölmə rəhbəri” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
AFB Bank – Karyeranızın yeni ünvanı