AFB Bank-da “Satınalmalar üzrə Təcrübəçi” vakansiyası!
AFB Bank komandası genişlənir! Satınalma proseslərində praktiki biliklər qazanmaq və bank sektorunda karyera qurmaq istəyən gənc mütəxəssisləri komandamıza dəvət edirik.
Öhdəliklər:
Təchizatçılar və satınalma əməliyyatları üzrə sənəd və məlumat bazasının hazırlanması və idarə olunması
Satınalma sifarişləri və müqavilələrin hazırlanmasına dəstək
Satınalma proseslərinin təhlili və optimallaşdırılması üçün məlumatların toplanması
Digər şöbələrlə koordinasiya və əməliyyatların düzgün icrasının təmin edilməsi
Hesabat və statistik məlumatların hazırlanmasına dəstək
Sənəd dövriyyəsinə nəzarət
Tələblər:
Ali təhsil
Azərbaycan dili – əla, rus dili – əla, ingilis dili – arzuolunandır
MS Office (Word, Excel, Outlook) bilikləri
Analitik düşüncə, diqqətcilik və məsuliyyət
Komanda ilə işləmək bacarığı
İşə operativ və düzgün yanaşma
CV-nizi Subject hissəsində “Satınalmalar üzrə təcrübəçi” qeyd etməklə
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
AFB Bank – karyeranıza doğru ilk addım!