AFB Bank-da vakansiya: Sənədli Əməliyyatlar üzrə mütəxəssis / Aparıcı mütəxəssis (Back Office)
AFB Bank komandası genişlənir. Əməliyyatlar Departamentinin Sənədli Əməliyyatlar şöbəsində fəaliyyət göstərəcək peşəkar namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
▪ Avans və konsiqnasiya əməliyyatlarının bankdaxili sistemdə qeydiyyatı
▪ Elektron sənəd dövriyyəsinin mərkəzləşdirilmiş icrası
▪ Dövlət qurumları ilə rəsmi yazışmaların aparılması
▪ Filial və şöbələrdən daxil olan əməliyyatların düzgün və operativ idarə olunması
▪ Sənədlərin düzgün və operativ idarə olunması
Sizdən gözləntilərimiz:
▪ Ali təhsil
▪ Bank sahəsində minimum 2 il təcrübə
▪ Azərbaycan dili – əla İngilis və rus dilləri – üstünlükdür
▪ MS Office bilikləri
▪ Normativ-hüquqi sənədlərlə işləmək bacarığı
▪ Diqqətli, məsuliyyətli və operativ yanaşma.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına mğvzu hissəsinə, Sənədli Əməliyyatlar üzrə mütəxəssis / Aparıcı mütəxəssis qeyd edərək göndərə bilərlər.
AFB Bank — gələcəyin karyerası burada başlayır!