İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB)İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin Ümumi şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri:
  • Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək;
  • Sənəd dövriyyəsinin müvafiq kitablarda və Elektron Sənəd Dövriyyəsi Sistemində (ESDS) qeyd edilməsi işinə nəzarət etmək;
  • Sənədlərin icra vəziyyəti ilə bağlı sorğuların qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını həyata keçirmək;
  • Şöbənin hesabatlarının və statistik məlumatlarının hazırlanmasında iştirak etmək;
  • TƏBİB-in tərkibinə daxil olan müəssisə və təşkilatlara şöbənin fəaliyyət istiqamətinə uyğun məsələləri ilə bağlı metodiki köməklik göstərmək;
  • Daxil olan məktub və ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;
  • Kargüzarlıq, elektron sənəd dövriyyəsi və arxiv işinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin, proqramların, normativ hüquqi aktların, təlimatların və təqdimatların hazırlanmasında iştirak etmək;
  • Müvafiq layihələr üzrə TƏBİB-in müxtəlif komissiyalarının tərkibində iştirak etmək;
  • Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatları tələb etmək;
  • İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik prinsiplərinə əməl etmək;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
  • İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək.
  • TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Vəzifəyə dair tələblər:
  • Ali təhsil- Humanitar və sosial, İqtisadiyyat, kargüzarlıq və idarəetmə sahəsi üzrə
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Qanunvericilik üzrə biliklərin çox yaxşı səviyyədə olması;
  • Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
  • Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikatın olması arzuolunandır;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);
  • Məsuliyyətlilik;
  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
  • Nəticəyönümlülük;
  • İntizamlılıq;
  • Dəqiqlik;
  • Komandada işləmə bacarığı;
  • Kargüzarlıq işləri və elektron sənəd dövriyyəsi ilə bağlı peşəkar təlimlərdə iştirakın olması arzuolunandır;
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
  • Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Ümumi Şöbə üzrə məsləhətçi” yazaraqgöndərmələri xahiş olunur;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
    [1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.