"Şəhərsalma və Memarlıq İli" nə həsr olunmuş Gənclər Həftəsi çərçivəsində "All Star" 2026 debat turniri keçiriləcək!
Turnir Gənclər və İdman Nazirliyinin dəstəyi, "Vətəndaş Cəmiyyətində Debat" İB nin Milli Debat Proqramı çərçivəsində keçirilir. Və ümumilikdə 40 təcrübəli komandanın iştirakı nəzərdə tutulub.
Turnirin əsas məqsədi gənclərin şəhərsalma və memarlıq mövzularında analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi, ictimai müzakirələrdə fəal iştirakının təşviqi və şəhərlərin davamlı inkişafı ilə bağlı mövqelərinin formalaşdırılmasına töhfə verməkdir.
Tarix: 7-8 fevral, 2026
Məkan: 193 nömrəli tam orta məktəb
Mövzu: "Regionlarda ağıllı şəhər layihələrinin sayı artırılmalıdır".
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.