“Azeri Mining Group” MMC-nin Sumqayıt şəhərində yerləşən anbarı üçün Anbardar köməkçisi vəzifəsinə əməkdaş tələb olunur. 

 

Vəzifə Öhdəlikləri:

·        Anbara daxil olan malların qəbulunda anbardara köməklik etmək

·        Gələn malların say, keyfiyyət və uyğunluğunu dəqiqləşdirmək

·        Uyğunsuzluqları anbardara və rəhbərliyə bildirmək

·        Qəbul edilmiş malların təlimatlara uyğun şəkildə rəflərə, bölmələrə yerləşdirilməsi

·        Malların düzgün etiketlənməsi və kodlaşdırılmasını təmin etmək

·        Anbar daxilində təmizliyi və səliqəni qorumaq

 

Namizədə tələblər:

·        Anbar sahəsində minimum 1 il iş təcrübəsi

·        Maliyyə və anbar idarəetmə proqramlarında (1C, SAP, Logo və s.) minimum 1 il təcrübə

·        Excel proqramında sərbəst işləmə bacarığı

·        İşdə operativlik, dəqiqlik və məsuliyyətlilik

·        Komanda ilə işləmə, nizam-intizam və təlimatlara əməl etmə bacarığı

 

Əmək şəraiti:

İş yeri: Sumqayıt

İş rejimi: 6 günlük

Əmək haqqı: 600 Azn

 

Müraciət üçün:

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.