ANİMAFİLM İllüstrasiya və Qısa Hekayə Müsabiqəsi elan edir!

 

Əgər sözlərlə dostluq edirsinizsə və ya rənglər dənizində üzmək sizin ən sevimli məşğuliyyətinizdirsə, bu fürsət məhz sizin üçündür!

 

Müsabiqəmizin iki mövzusu var, iştirak üçün yaş məhdudiyyəti yoxdur və iştirakçılar mövzu seçimində sərbəstdirlər:

 

“DƏNİZ”

“İSİ və PİTİ” animasiya serialı

 

Müsabiqənin şərtləri:

1. İllüstrasiya Kateqoriyası

  Texniki göstəricilər: JPEG və ya PNG formatında.

  Şərt: İllüstrasiya tamamilə orijinal olmalı və müsabiqənin mövzularından birini əks etdirməlidir. 

 

2. Hekayə Kateqoriyası 

  Həcm: Maksimum 300 söz

  Dil: Azərbaycan dili

 

Müsabiqənin sonunda:

Qalib illüstrasiya və hekayə ANİMAFİLM jurnalının aprel ayında çıxacaq ilk buraxılışında dərc olunacaq. 

Eyni zamanda, illüstrasiya müsabiqəsi üzrə xüsusi seçilmiş işlər 13-17 may tarixlərində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində keçiriləcək sərgidə nümayiş etdiriləcək.

Ən əsası, qaliblər ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bütün nümayişlərində iştirak üçün bilet qazanacaqlar!

Son müraciət tarixi: 25 mart 2026-cı il.

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.