Vakansiya: Aparıcı mühasib

İş yeri: M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı

İş qrafiki: Tam ştat, 6 günlük

Həftə içi: 09:00–17:00

Şənbə: 09:00–15:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir.

Ünvan: Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küç., 1

 

Vəzifə öhdəlikləri:

Mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun şəkildə aparılması

Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və təqdim edilməsi

Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların vaxtında təqdim edilməsi

Büdcə və büdcədənkənar vəsaitlərin uçotuna nəzarət

Əməkhaqqı, məzuniyyət, ezamiyyə, tələbə təqaüdləri və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi

Əsas vəsaitlərin, ehtiyatların və mal-material qiymətlilərinin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması, balansdan silinməsi və inventarizasiyanın aparılması

Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi

Rəhbərliyin və baş mühasibin tapşırıqlarının icrası

 

Namizədə tələblər:

Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə)

Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi

Dövlət müəssisəsində və ya ali təhsil müəssisəsində iş təcrübəsi arzuolunandır.

AR Vergi Məcəlləsi, əmək qanunvericiliyi və mühasibat uçotu üzrə biliklər

1C, MS Excel proqramlarında sərbəst işləmək bacarığı

Azərbaycan dili vacibdir. Rus dili arzuolunandır.

Məsuliyyətlilik, dəqiqlik və analitik düşüncə

 

 Müraciət qaydası:

 Vakansiya ilə maraqlanan şəxslər CV-lərini məktubun mövzu hissəsində "aparıcı mühasib" qeyd etməklə [email protected] elektron ünvanına 30.01.2026-cı il tarixinədək göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.