Süni intellektə maraqlı olan əməkdaşlarımız üçün daxili təcrübə proqramını elan edirik!
Kənd təsərrüfatında rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyən “Aqrar Süni İntellekt” layihəsi çərçivəsində 3 aylıq daxili Təcrübə Proqramına start verilir.
Bu proqram aqronomluq və informasiya texnologiyaları sahəsində çalışan, süni intellektin aqrar sahədə real tətbiqlərinə maraq göstərən əməkdaşlarımız üçün unikal inkişaf fürsətidir.
Proqram aşağıdakı qurumlarda çalışan əməkdaşlar üçün nəzərdə tutulmuşdur:
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
DAİM-lərdə çalışan, aqronomluq və ya informasiya texnologiyaları sahəsində təcrübəsi olan əməkdaşlar
Proqram çərçivəsində iştirakçılar nə edəcək və nə qazanacaq?
Real aqrar məlumatlarla praktiki iş
Süni intellekt əsaslı həllərin tətbiqi
Analitik düşüncə və rəqəmsal bacarıqların inkişafı
Layihə, araşdırma və praktiki nəticələrlə zəngin təcrübə
İş rejimi: çevik (qismən ofis, qismən sahə)
Son müraciət tarixi: 25 yanvar 2026-cı il
Qeydiyyat üçün keçid: LİNK
Gələcəyin aqrar texnologiyalarının bir parçası olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!