Əziz gənclər,

Foto və video sahələrinə marağınız var, lakin bu istiqamətdə ilk addımı atmaqda çətinlik çəkirsiniz?

O zaman “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçiriləcək “ASAN Peşə” layihəsi məhz sizin üçündür. 

Layihə çərçivəsində peşəkarlar tərəfindən iştirakçılara aşağıdakı istiqamətlər üzrə nəzəri və praktiki biliklər tədris olunacaq:

 Fotoqrafiya və videoqrafiyanın əsas sirləri;
 Kadr quruluşu və işıqdan istifadə üsulları;
 Montaj, post-produksiya üzrə peşəkar

fəndlər;
 Kamera avadanlıqlarının düzgün istifadəsi və çəkiliş zamanı texniki yanaşmalar və s.

 Layihə cari ilin iyul-avqust aylarını əhatə edəcək.

 Qeyd edək ki, təhsil səviyyəsindən asılı olmayaraq 16-25 yaş aralığında olan bütün gənclər müraciət edə bilər.

Əgər layihədə iştirak etmək istəyirsinizsə aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz: 

 https://bit.ly/ASANpeşə

 Son müraciət tarixi: 31 may 2025-ci il, saat 18:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.