Azer Turk Bank tərəfindən “ATB Talent” Təcrübə Proqramına start verilir.
Proqram çərçivəsində iştirakçılar bank sektorunda real iş mühiti ilə tanış olmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və təcrübəli mütəxəssislərlə çalışma imkanı əldə edəcəklər.
Təcrübə proqramı xüsusilə öyrənməyə açıq, inkişaf yönümlü və bank sahəsində karyera qurmaq istəyən tələbə və yeni məzunlar üçün nəzərdə tutulub.
atb bank real bankçılıq təcrübəsi təklif edir
Bu proqramda səni nə gözləyir?
Özəl Bankçılıq - Eksklüziv xidmət mədəniyyəti, özəl müştərilərlə iş və fərdi yanaşma
Korporativ Bankçılıq - Böyük bizneslərin maliyyə həlləri və iri layihələrin maliyyələşdirilməsi
İnvestisiya Bankçılığı - Kapitalı imkanlara çevirən, böyük sövdələşmələri reallığa çevirən maliyyə sənəti
Müddət: 3 ay
Məqsədimiz: Gənclərin potensialını üzə çıxarmaq, nəzəriyyəni təcrübəyə çevirmək və peşəkar kadr kimi yetişməyinə dəstək olmaqdır
Təcrübədə iştirak edərək sadəcə müşahidəçi deyil, Bankın təcrübəli komanda üzvlərinin mentorluğu ilə real layihələrdə, təlimlərdə iştirak etmək, sertifikat əldə etmək və gələcəkdə atb ailəsinə qoşulmaq imkanı qazanacaqsan
Tələblər
Ali təhsil müəssisələrinin sonuncu kurs və magistr tələbələri, həmçinin yeni məzunlar
Səlis Azərbaycan dili, xarici dil bilikləri üstünlükdür
Bank və maliyyə sahəsində təcrübə toplamağa həvəsli
MS office proqramlarında işləmə bacarığı
Sərbəst ünsiyyət və təqdimat bacarığı
Son müraciət: 25.05.2026
Qeydiyyat üçün link: LİNK