ATMU-da Universitet Daxili I Könüllü Təcrübə Proqramına qeydiyyat başladı!
Əziz tələbələr,
ATMU Karyera və Məzunlarla İş Şöbəsi tərəfindən həyata keçirilən Universitet Daxili I Könüllü Təcrübə Proqramına qeydiyyat rəsmi olaraq başlanıb!
Bu proqram tələbələr arasında aktiv mühitin formalaşmasına, şəxsi inkişafın və komandada işləmək bacarıqlarının artırılmasına yönəlib. Təcrübə 3 ay davam edəcək və proqramı uğurla tamamlayan iştirakçılara rəsmi sertifikat təqdim olunacaq.
Proqramda iştirak etməklə siz:
• Təşkilati və kommunikasiya bacarıqlarınızı inkişaf etdirəcəksiniz
• Karyera yönümlü seminar və təlimlərdə iştirak imkanı qazanacaqsınız
• Fakültə və universitet tədbirlərinin təşkilində real təcrübə əldə edəcəksiniz
• Universitetin daxili strukturları ilə işləyərək idarəçilik proseslərini yaxından öyrənəcəksiniz
• Gələcək təcrübə və iş imkanları üçün tövsiyə məktubu alma şansı əldə edəcəksiniz
• Özünüifadə və ictimai çıxış bacarıqlarınızı formalaşdıracaqsınız
• Könüllülük fəaliyyətinizi təsdiqləyən sertifikat əldə edəcəksiniz
Kimlər müraciət edə bilər:
• I–IV kurs bakalavr və ya magistratura tələbələri
• Aktiv, məsuliyyətli və komanda ruhuna malik gənclər
Seçim prosesi:
• İlkin seçim təqdim olunan müraciətlərə əsasən aparılacaq.
• Seçilmiş namizədlərlə qısa müsahibə və ya motivasiya əsaslı qiymətləndirmə keçiriləcək.
• Aktivlik, məsuliyyət, ünsiyyət bacarığı və komanda işi əsas meyarlar olacaq
• Nəticələr qeydiyyat bitdikdən sonra elan ediləcək və seçilmiş namizədlərlə birbaşa əlaqə saxlanılacaq.
Qeyd: Seçim zamanı fakültə və kurslar üzrə balanslı iştirak nəzərə alınacaq.
Qeydiyyat müddəti: 28 oktyabr –15 noyabr 2025
Qeydiyyat linki: https://forms.office.com/r/sAV0KFEsnB
Əlavə məlumat üçün: Karyera və Məzunlarla İş Şöbəsi (otaq 408)