“AGRARCO” MMCşirkətiAudit üzrə kiçik mütəxəssisvəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir: İşin təsviri: ·Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək; ·Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək; ·Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək; ·Daxili nəzarət tərtibinin uyğunluğu barədə rəy bildirmək; ·Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq; ·Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək; ·Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək. Təcrübə: ·Müvafiq vəzifədə (kənd təsərrüfatı sahəsində üstünlükdür) 1-2 il iş təcrübəsi (daxili auditor, xarici auditor kimi və s.); Təhsil və Peşəkar kvalifikasiya: ·Universitet (ali təhsil) dərəcəsi (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr); ·Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində minimal biliklərin olması – CIA, ACCA (xüsusilə, “MA” və “FA”) sertifi
katları olan namizədlərə üstünlük verilir; Bacarıqlar ·Audit prosedurlarını başa düşmək və tətbiq etmək bacarığı; ·Şirkət daxilində biznes prosesləri (satınalma, maliyyə, ticarət, istehsal və s. kimi) dərindən başa düşmək; ·Güclü şifahi və yazılı ünsiyyət bacarıqları; ·Məntiqi düşüncə, riyazi və analitik düşüncə tərzi; ·Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı; ·Təzyiq altında işləmək və hədəf qoyulmuş tarixlərə qədər işi yerinə yetirmək bacarıqları; ·Kompüter bilikləri: 1C, Microsoft Office: xüsusən “Word”, “Excel” və “PowerPoint” proqramları; ·Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və Rus dili – arzu olunan; ·Səyahət etmək üçün məhdudiyyətlərin olmaması. Müraciət qaydası: Maraqlanan namizədlər CV-ləri[email protected]e-mail ünvanına göndərə bilərlər; Elektron məktubun “Mövzu” hissəsində “Audit üzrə kiçik mütəxəssis” vəzifəsi qeyd edilməlidir; CV-lər ən gec30 noyabr 2021-ci iltarixinədək göndərilməlidir. Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırmasına əsasən uğur qazanan namizədlərlə e-mail və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar imtahana və görüşə dəvət ediləcəklər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.