Azad Mirzəcanzadə inkişaf proqramının 3-cü axınına start verildi!

 

Bu proqram ümumi rifaha xidmət edən, öz ideyalarına inanan və onları reallaşdırmaq üçün dəstək axtaran hər kəs  üçün açıqdır.

Məqsəd – liderlik bacarıqlarını inkişaf etdirmək, layihə yönümlü düşüncəni gücləndirmək və cəmiyyətin inkişafına töhfə verən aktiv vətəndaşların yetişməsinə şərait yaratmaqdır.

 

 Seçilmiş iştirakçılar üçün imkanlar:

- Peşəkar təlimlər və praktiki seminarlar

- Uğurlu mütəxəssislərlə fərdi mentorluq sessiyaları

- Qalib ideyalar üçün 5 000 AZN-dək maliyyə dəstəyi

 

Kimlər müraciət edə bilər?

- Yaş: 18–35 arası Azərbaycan vətəndaşları

- Forma: Fərdi və ya komanda şəklində iştirak

- Layihə sahəsi: İstənilən istiqamətdə olan sosial və ya biznes yönümlü layihələr.

 

Cəmiyyətə fayda vermək, ideyalarınızı həyata keçirmək və inkişaf yolunda irəliləmək istəyirsinizsə, Azad Mirzəcanzadə inkişaf proqramı sizin üçün böyük fürsətdir!

 

 Qeydiyyat üçün LİNK

 Əlaqə üçün: 994 10 531 27 17

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.