AZCON Holding Hüquq departamentinə Etik və hüquqi komplayens şöbəsi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Əsas tələblər:

 

• Hüquqşünaslıq və ya digər əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi (müvafiq sahə üzrə magistratura dərəcəsi arzuolunandır);

• Müvafiq sahə üzrə 5 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübənin olması üstünlükdür);

• Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (əla səviyyədə), rus dili (arzuolunan);

• Müvafiq sahə üzrə normativ sənədlər, qanunvericilik aktları və beynəlxalq təcrübənin olması;

• Daxili sənədlər və metodoloji vəsaitlərlə iş təcrübəsinin olması;

• Risklərin idarə edilməsi, strateji düşünmə, analitik zəka, komanda ilə iş bacarıqları;

• CCEP (Certified Compliance & Ethics Professional) və ya CAMS (Certified Anti-Money Laundering Specialist) sertifikatlarının olması üstünlükdür.

 

Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Baş mütəxəssis – Etik və hüquqi komplayens” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

Son müraciət tarixi: 8 iyul 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.